Sabah havada toz dumanı müşahidə olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Aprelin 1-də cənub-qərb istiqamətli hava axınları vasitəsilə Afrika səhralarında formalaşan toz kütlələrinin ölkə ərazisinə daxil olacağı gözlənilir.
Xidmətdən bildirilib ki, toz dumanının davametmə müddəti və havanın çirklənmə səviyyəsi barədə əlavə məlumat veriləcək.