Binəqədi rayon bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və onun bacısı İlknur Əliyeva iki vətəndaşa qarşı dələduzluq etdiklərinə görə həbs ediliblər. Bu barədə DİN noyabrın 5-də məlumat verib.
Məlumata əsasən, saxlanılan şəxslər qızıl alveri etmək məqsədilə bir nəfərdən 200 000, digərindən isə 189 000 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.
Həmçinin sabiq sədr Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb.
A.Əliyeva “dələduzluq” və “saxta sənəd hazırlama və satma”, onun bacısı isə “dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” maddələrinə əsasən həbs ediliblər.
Faktla bağlı istintaq davam edir.