Şabran rayonunda intihar hadisəsi baş verib. Bu barədə Report 25 iyul tarixində xəbər verib.
Günəşli kəndində Şabran sakini, 29 yaşlı Elçin Atamoğlanov özünü asaraq intihar edib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.