Şabran rayonunun Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə 1 nəfər batıb.
Bu barədə 9 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Report-un məlumatına görə, rayonun Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazidə batan rayonun Qorgan kənd sakini, 2010-cu il təvəllüdlü Hidayətov Elmir Əlizaman oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.