Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Bu barədə Report 3 avqust tarixində xəbər verib.
Hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Rəhimli kəndindən keçən hissəsində olub. “Mercedes" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər yaralanıb.
Xəsarət alan Ramiz Şahbazov, Xədicə Şahbazova və Xalidə Rəcəbova xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırmalar aparılır.