Sabunçu-Zabrat yolunda martın 16-da iki nəfərin yaralanması ilə nəticələnən qəza baş verib. Bu barədə Trend xəbər verib.
Məlumata görə, "Opel" markalı minik avtomobili "VAZ 2107" markalı avtomobillə toqquşub. Nəticədə iki nəfər xəsarət alıb.
Həmçinin sözügedən yolda tıxac yaranıb.