Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinə yeni rəis təyin edilib. Bu barədə 28 iyul tarixində Report xəbər verib.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, qeyd olunan vəzifəyə Pərviz Sədrəddinov təyin olunub.
P.Sədrəddinov Kapital Bankın Marketinq departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.