Dekabrın 1-dən “ASAN Radio”da sahibkarlar üçün maarifləndirici “KOB dostu” verilişi başlayır. Bu barədə 29 noyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin səhifəsində məlumat verilib.
Verilişin məqsədi cəmiyyətdə biznes savadlılığının artırılması və biznes barədə sahibkarların məlumatlandırılmasıdır.
Həmçinin “KOB dostu” verilişində ölkəmizdəki sahibkarlıq sahəsindəki yeniliklər və dəstək mexanizmləri müzakirə olunacaq. Bundan əlavə efirdə biznes nümayəndələri təcrübələrini bölüşərək sahibkarların suallarını cavablandıracaqlar.
Verilişi hər həftənin çərşənbə günü, saat 19:05-də “ASAN Radio”nun efirində dinləmək, həmçinin radionun və KOBİA-nın “Facebook” səhifəsində canlı izləmək mümkündür.