Sentyabrın 24-də saat 15:00-da “Elektron dövlət qeydiyyatından istifadə” mövzusunda onlayn seminar keçiriləcək. Bu barədə məlumat Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi səhifəsində verilib.
Seminarın məqsədi startapların, mikro və kiçik sahibkarların elektron dövlət qeydiyyatı sistemi barədə məlumatlandırılmasıdır.
Onlayn tədbirə qoşulmaq istəyən sahibkarlar linkdən istifədə edə bilərlər.