Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən sahibkarların müraciəti əsasında fumiqasiya tədbirləri həyata keçirilir. Bu barədə 10 noyabr tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların istehsalı, satışı və idxal-ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Əks təqdirdə tələblərə riayət etməyən şəxslər məsuliyyətə cəlb oluna bilər. Zərərsizləşdirmə işləri yalnız dövlət fitosanitar xidməti subyektləri tərəfindən aparıla bilər.
Sözügedən xidmətdən yararlanmaq üçün sahibkarlar Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə telefon (012-563-58-45 (daxili:126); 050-644-74-15; 070-965-62-14) və ya poçt ([email protected]) vasitəsilə müraciət edə bilər.