Maliyyə savadlılığının artırılması məqsədilə 20 oktyabr 2021-ci il tarixində “İnvestisiya səyahəti” layihəsinə start veriləcək. Bu barədə Mərkəzi Bankın səhifəsində 14 oktyabr tarixində məlumat verilib.
Layihənin məqsədi kiçik və orta sahibkarlara və biznesə yeni başlayan şəxslərin kapital bazarı vasitəsilə maliyyələşməsinə və investisiya imkanlarının genişlənməsinə dəstək olmaqdır.
İlk tədbir cari ayın 20-də Xaçmaz rayonunda yerləşən KOB İnkişaf Mərkəzində təşkil olunacaq.