Noyabrın 4-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və əvvəllər məhkum olunmuş Salyan sakini saxlanılıb. Bu barədə DİN məlumat verib.
Məlumata əsasən, şübhəli bilinən şəxsdən 266 qramdan artıq heroin, 478 qrama yaxın marixuana və 1,6 qram metamfetamin aşkarlanıb.
Saxlanılan şəxs öz ifadəsində qanunsuz əməllərini etiraf edib.
Faktla bağlı araşdırma davam edir.
Bu il ümumilikdə 3 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.