Salyan Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə 4 avqust tarixində Baş Prokurorluq məlumat verib.
“Salyan rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Vərəm şöbəsinin müdiri Xanış Abbasovun qanunsuz əməlləri ifşa olunub. Xanış Abbasovun əlillik dərəcəsinin təyin olunması üçün müxtəlif şəxslərdən aldığı rüşvət müqabilində xəstəlik diaqnozu və stasionar müalicəyə dair tibbi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı “vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda”, “vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma” və “vəzifə saxtakarlığı” maddələri ilə cinayət işi başlanılıb.