Salyan sakininin evindən narkotik maddələr tapılıb. Bu barədə İnsanoid bu gün, 22 iyul tarixində xəbər verir.
Salyan polisinin keçirdiyi əməliyyat tədbiri nəticəsində Arbatan kəndində yaşayan əvvəllər məhkum olunmuş E.Bağırovun evinə baxış zamanı oradan 338 qrama yaxın heroin, metamfetamin, 1 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.