Salyanda 66 yaşlı qadın sirkə turşusu içərək intihar edib. Bu barədə 18 avqust tarixində Report məlumat verib.
Hadisə rayonun Parça Xalac kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1957-ci il təvəllüdlü G.Səmədova uzun xəstəliklə əlaqədar sirkə turşusu içərək özünü öldürüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.