Salyanda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs həbs edilib. Bu haqda Daxili İşlər Nazirliyindən APA-ya məlumat verilib.
Belə ki, paytaxt sakinindən 4 kiloqrama yaxın heroin və 400 qram metamfetamin aşkar edilib. O, narkotikləri xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqəyə girərək əldə edib.
Dindirilmə zamanı həmin şəxs qanunsuz əməllə məşğul olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi açılıb.