Salyanda qanunsuz tikinti işlərinin qarşısı alınıb. Bu barədə aprelin 12-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, rayonun Pambıqkənd kəndində Sevda Ağayeva tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.
Qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.