Salyanda qatar qadını vuraraq öldürüb. Bu barədə 16 avqust tarixində Report məlumat verib.
Hadisə bu gün səhər saatlarında şəhərin “Süd zavodu” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Dadaşova Sədaqət Azadxan qızı dəmir yolunu keçmək istəyən zaman onu qatar vurub. Qadın xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, S.Dadaşovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.