Salyan rayonunda Kür çayı üzərində yerləşən körpüdə dekabrın 31-i səhər saatlarında üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. Bu barədə Report məlumat paylaşıb.
Məlumata görə, “VAZ-2107”, “VAZ-21015” və “Raf” markalı minik avtomobilləri toqquşub. Nəticədə üç Salyan sakini müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma davam edir.