Şamaxıda dağlıq ərazi yanır. Bu barədə 17 avqust tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yanğın Şamaxı rayonunun Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə baş verib.
Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən, əl əməyindən istifadə edilərək həyata keçirilir.