Şamaxıda dağlıq ərazidəki yanğın söndürülüb. Bu barədə 18 avqust tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Rayonun Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın tam söndürülüb.
Yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, demək olar ki, əl əməyindən istifadə edilərək həyata keçirilib.
Yanğın zamanı ümumilikdə 7 hektara yaxın ərazidə, əsasən, quru ot və kol-kos yanıb.