Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Bu barədə 22 avqust tarixində APA məlumat verib.
Belə ki, 1968-ci il təvəllüdlü Fazil Alıyev bədəninin bir çox hissəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 55 yaşlı kişi əməliyyat olunub, vəziyyəti kafidir.
İlkin məlumata görə, F.Alıyev dostu tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.