Şəmkirdə bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb. Bu barədə 17 iyul tarixində Report məlumat verib.
Məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun İrmaşlı kənd sakini, 1963-cü il təvəllüdlü Fikrət Bağırovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında ölməsi barədə məlumat daxil olub.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.