Şəmkirdə yanğın hadisəsi baş verib. Bu barədə APA 15 sentyabr tarixində xəbər verib.
Rayonun Sabirkənd kəndində yerləşən gübrə mağazası və ona bitişik kafedə anidən yanğın olub.
Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından tam mühafizə olunub.
Hadisənin səbəbləri araşdırılır.
[caption id="attachment_130049" align="alignnone" width="696"]
Foto APA.az saytı[/caption]