Şəmkirdə İrandan gətirilmiş narkotikləri satan şəxs saxlanılıb. Bu barədə 11 avqust tarixində APA Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
İrandan qeyri-qanuni yolla Şəmkir rayonuna gətirilmiş narkotik vasitəni onlayn yolla əldə edərək rayon ərazisinə gətirilməsini və satışını həyata keçirən Rüfət Əliyev şübhəli şəxs qismində saxlanılıb. O, əvvəllər də dəfələrlə məhkum olunub.
Onun üzərindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
R. Əliyevə məxsus avtomobildən 3 kq 190 qram çəkidə heroin və 1 kq 80 qram çəkidə tiryək aşkarlanıb.
Saxlanılan şəxs narkotik vasitələri satış məqsədi ilə İran vətəndaşından aldığını etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.