Şəmkir rayonunda orta yaşlı kişi kəsici alətlə özünü yaralayıb. Bu haqda aprelin 18-də Report məlumat yayıb.
İnsident rayonun Qaracəmirli kəndində baş verib. Kənd sakini sol bilək nahiyəsini kəsib və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.
Hadisənin səbəbləri məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.