Aprelin 18-də Samux rayonunda 39 yaşlı kişi qətlə yetirilib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Hadisə gecə saatlarında rayonun İstixana qəsəbəsində baş verib. 49 yaşlı Habil Qasımov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elşən Sadıqovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu öldürüb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanılıb. H.Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib.