Samuxda 2021-ci il ərzində 1 500-dən çox iribuynuzlu mal-qara süni yolla mayalandırılıb. Nəticədə 700-ə yaxın cinsi yaxşılaşdırılmış buzov alınıb. Bu haqda 17 martda Azərtac xəbər verib.
2014-cü ildən rayonda 10 mindən çox cinsi yaxşılaşdırılmış buzov doğulub. Bununla da cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələyib.
Ötən il Samux rayonunda 6 min tona yaxın ət, 32 min tondan çox süd istehsal edilib.