Şərurda avtomobillər toqquşub, xəsarət alanlar var. Bu barədə 11 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Belə ki, Şərur rayonunun Siyaqut kəndi yaxınlığında yol-nəqliyyat qəzası baş verib.
“Dongers” markalı bitum daşıyan yük avtomobili ilə “Chery” markalı minik avtomobilinin toqquşması nəticəsində hər iki avtomobilin sürücüləri deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qalıblar.
Sürücülər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
[playlist type="video" tracklist="false" ids="125270"]