Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) ilk Prezidenti Mixail Nikolayev 85 yaşında vəfat edib. Bu barədə 5 avqust tarixində Report məlumat verib.
Onun vəfatı ilə əlaqədar respublikada avqustun 5-dən 8-dək üçgünlük matəm elan edilib.
Qeyd edək ki, Mixail Nikolayev 1937-ci il noyabrın 13-də o zamankı Yakutiya Muxtar Respublikasının Oktemts kəndində anadan olub.
O, Rusiya Federasiya Şurasının sədr müavini vəzifəsində çalışıb.