Qobustanda saxta vaksin sənədi verən tibb işçisinə cinayət işi açılıb. Bu barədə dekabrın 29-da Qobustan rayon prokurorluğu məlumat verib.
Məlumata əsasən, tibb qardaşı Çalov kənd tibb məntəqəsində bir neçə şəxsə COVID-19 əleyhinə III doza vaksin olunmaları ilə bağlı saxta sənədlər verib.
Faktla bağlı “vəzifə saxtakarlığı” maddələri ilə cinayət işi başlanılıb.