Sentyabrın 1-dən ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə yalnız COVID-19 pasportu olanlar buraxılacaqlar. Bu barədə Nazirlər Kabineti iyulun 26-da qərar verib.
COVID-19 pasportu olmayanlar isə yalnız gözəllik salonlarında, bərbərxanalarda, dərzilərdə və kiçik mağazalarda göstərilən xidmətlərdən istifadə edə biləcəklər.
Bəzi məkanlarda müştərilərin girişi üçün məhdudiyyətlərin olmamasına baxmıyaraq, orada çalışanların pasportsuz giriş-çıxışına imkan verilməyəcək. İşçilərin ən azı 80%-nin sentyabrın 1-dək birinci doza, oktyabrın 1-dən etibarən isə ikinci doza peyvənd olunması tələb edilir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, bu cür qadağaların pozulmasına görə 200 manatdan 4 min manatadək məbləğdə cərimə nəzərdə tutulur.