Sentyabrın 1-dən böyük ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVID pasportu ilə olacaq. Eyni zamanda bu, ali təhsil müəssisələrində tələbələrdən də istəniləcək. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyilib.