Sentyabr ayında 3 minə yaxın sahibkar və biznes fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs 220-dən çox biznes təlimindən faydalanıb. Bu barədə 11 oktyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.
Təşkil olunan təlimlər biznesin planlaşdırılması və inkişafı, marketinq və satış, maliyyə, vergilər, sahibkarlıq sahəsində qanunvericilik, peşəkar ünsiyyət bacarıqları və digər mövzuları əhatə edib.
Təlimlərdə iştirak etmək istəyən sahibkarlar KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.