Moskva meri Sergey Sobyanin 2 milyon 444 min 918 səs toplayıb. Bu barədə İnsanoid Rusiya mediasına istinadən bu gün, 11 sentyabr tarixində xəbər verir.
Moskva Şəhər Dumasının deputatı Leonid Zyuqanov 261 min 323, Dövlət Dumasının sədr müavini Boris Çernışov isə 181 min 25 səs toplayıb.
Dövlət Dumasında "Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət naminə" fraksiyasının sədrinin birinci müavini Dmitri Qusev 126 150, Dövlət Dumasının "Yeni İnsanlar" partiyasından vitse-spikeri Vladislav Davankov isə 170 517 səs toplayıb.