Palçıq vulkanları ətrafında quraşdırılması planlaşdırılan 12 seysmik stansiyadan 10 stansiya artıq hazırdır. Bu haqda Report martın 29-da Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişliyə istinadən xəbər verib.
Məlumata görə, digər 2 stansiyanın quraşdırılması isə yaxın zamanlarda bitəcək.
Mərkəz 30-a yaxın xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir.