Siqaret, spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisi artırılır. Məsələ ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunub. Bu haqda 3 noyabr tarixində Report və Apa məlumat verib.
Belə ki, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır.
İçməli spirt, araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materialları üçün aksiz vergisi isə hər litr üçün 80 qəpik artırılaraq 4 manat təşkil edəcək.