Siyəzəndə 9-cu sinif şagirdi mübahisə zamanı 10-cu sinif şagirdini bıçaqlayıb. Bu haqda aprelin 12-də Report xəbər verib.
Hadisə aprelin 5-də C.Cabbarlı adına 1 saylı tam orta məktəbin həyətində qeydə alınıb. Yaralı xəstəxanaya aparılıb və əməliyyat edilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.