Siyəzəndə üzümlük bağının ərazisində fermerlər üçün "Üzümlüklərdə yüksək məhsuldarlığın təməli quru budama texnologiyasından asılıdır" mövzusunda təlim keçirilib. Bu haqda 17 dekabrda Kənd Təsərrüfatı Nazirliyinin saytında xəbər verilib.
Fermerlərə məlumat verilib ki, üzümün məhsuldarlığına və keyfiyyətinə təsir edən amillərdən biri budamadır. Noyabr ayında üzümlüklərdə yarpaqlar töküləndən 15-20 gün sonra budama işlərinə başlanılmalıdır.
Birinci budama payızda, tənəklər torpaq altına basdırılmamışdan öncə, ikinci budama isə yazda, tənəklər torpaq altından çıxarılandan sonra aparılmalıdır.
Həmçinin fermerlərin nəzərinə çatdırılıb ki, budama zamanı çubuqların buğumlarının normal uzunluqda olması vacibdir.
Təlimdə hər bir məsələ praktiki olaraq da göstərilib, eləcə də xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərindən də məlumat verilib.