Siyəzəndə keçirilən əməliyyat nəticəsində çətənə kollarının kultivasiyası ilə məşğul olan rayon sakini saxlanılıb. Bu barədə sentyabrın 6-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ona məxsus torpaq sahəsinə baxış zamanı ümumi çəkisi 10 kiloqrama yaxın çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.