Siyəzəndə obyektdə yanğın olub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən bu gün, 21 avqust tarixində məlumat verir.
Hadisə rayonun Siyəzən kəndindəki həyətyanı sahədə baş verib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Həyətyanı sahədə fəaliyyət göstərməyən və ümumi sahəsi 800 kv.m olan sexdə yanğın baş verib. Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin yanar konstruksiyaları 600 kv.m sahədə yanıb.
Sexin qalan hissəsi və yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub.