Siyəzəndə qəsdən yanğıntörətmə faktının üstü açılıb. Bu barədə 22 avqust tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Avqustun əvvəlində rayonun Zarat kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb. Nəticədə 50 ha ərazidə quru ot və kol-kos yanıb, xəsarət alan olmayıb.
Araşdırma zamanı hadisənin Ağcabədi rayon sakinləri Ruhin Rüstəmov və Həsən Əliyev tərəfindən qəsdən törədildiyi müəyyən edilib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
[gallery link="file" columns="1" size="full" ids="126603"]