Özünüməşğulluq proqramı çərçivəsində işsiz kimi qeydiyyata alınmış şəxslərə dövlət vəsaiti hesabına mal, material və digər əmlakların verilməsi ilə dəstək göstərilir. Bu barədə 5 yanvar tarixində Dövlət Məşğulluq Agentliyi Facebook səhifəsində məlumat verib.
Fermerliyə başlamaq istəyən şəxslər link-dən istifadə edərək proqramdan yararlana bilərlər. Zərfdə 20 keçi, 2 təkə və 400 kiloqram yem təqdim olunur.
Son dörd il ərzində özünüməşğulluq proqramına 36 min şəxs cəlb edilib.