İsmayıllıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bu haqda 9 aprel tarixində Daxili İşlər Nazirliyindən Trend-ə məlumat verilib.
“VAZ-2106” markalı avtomobilin sürücüsü şəhərin bir sıra küçə və prospektlərində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozub. O, yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində “avtoxuliqanlıq” maddəsilə inzibati protokol tərtib edilib. Məhkəmənin də qərarı ilə o, 20 sutka həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.