İsmayıllıda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan iki şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyi oktyabrın 14-də məlumat verib.
Keçirilən əməliyyat nəticəsində əvvələr də eyni cinayətə görə məhkum olunmuş Mican kənd sakini tutulub. Ondan satış üçün üzərində gəzdirdiyi 47 büküm heroin aşkarlanıb. Digər saxlanılan şəxsdən də sellofan bükümdə heroin maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb.
2021-ci il ərzində narkotik vasitələrin satışı ilə bağlı 2206 cinayət faktı qeydə alınıb. Ümumillikdə 2 ton 773 kiloqram narkotik dövriyyədən çıxarılıb.