İsmayıllıda payızlıq taxıl səpini başa çatıb, 31 min hektardan çox sahədə əkin aparılıb. Bu haqda 28 dekabrda Azərtac xəbər verib.
Cari mövsümdə əkin sahələri ötən illə müqayisədə 363 hektar artıb. Əkilən sahələrin 72%-ni buğda, 28%-ni isə arpa təşkil edib.
2021-ci ildə rayon fermerləri hər hektardan 35,03 sentner taxıl götürüblər.