İsmayıllı Rayon Bizlan kəndinin meşəsində qanunsuz ov edən şəxs saxlanılıb. Bu haqda noyabrın 12-də DİN məlumat verib.
Saxlanılan şəxsdən sənədləri olmayan bir ədəd “İJ” markalı ov tüfəngi və qanunsuz ovladığı 1 baş cüyür və 3 porsuq götürülüb.
Faktla bağlı araşdırma aparılır.