İsmayıllı rayonunun Zərgəran kəndində torpaq uçqunu nəticəsində bir nəfər həyatını itirib. Bu barədə dekabrın 21-də Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki, həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib. Orada fəhlə işləyən şəxs dərinliyi təxminən 4 metr olan çuxurda uçqun altında qalıb.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Mərhumun cəsədi xilasedicilər tərəfindən çıxarılaraq ailəsinə təhvil verilib.
İnsident ilə bağlı aidiyyatı qurumlar araşdırma aparır.