2021-ci ilin sentyabr-dekabr aylarında yaradılmış günərzi qayğı mərkəzlərində 700-dən çox uşağa sosial xidmət göstərilib. Bu barədə 3 yanvar tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Layihələr uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, həssas qruplardan olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır.
Günərzi mərkəzləri 24 şəhər və rayonda fəaliyyət göstərir. Həmin mərkəzlərdə 3-12 yaş arası uşaqlara sosial psixoloji, nevroloji, pedaqoji və digər xidmətlər göstərilir.