2018-2021-ci illər ərzində özünüməşğulluq proqramı çərçivəsində 36 min şəxsə aktivlər verilib və onlar üçün kiçik təsərrüfatlar yaradılıb. Bu barədə 6 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
2021-ci ildə özünüməşğulluq proqramına 16 min şəxsin cəlb edilməsi planlaşdırılıb. Bu isə proqramın icrasına başlandığı 2017-ci illə müqayisədə 15 dəfə çoxdur.
Bu proqram çərçivəsində əsasən aztəminatlı və şəhid ailələrinə, müharibə iştirakçılarına və əlilliyi olan şəxslərə üstünlük verilir.